Ukraynanın ən varlı insanı 200 milyonluq villa aldı + Video

Ukraynanın ən varlı insanı 200 milyonluq villa aldı + Video

28 Yanvar 2020 10:29
Bəyəndim (1) Bəyənmədim (0)

Ukraynanın ən varlı insanı, oliqarx Rinat Axmetov Fransada 200 milyon avro dəyərində “Les Cedres” villasını alıb. Malikanə daha əvvəl Belçika kralı II Leopolda məxsus olub.

Oxuməni.az-ın məlumatına görə, bu barədə “Strana.ua” “Financial Times”a istinadən xəbər verib.

Malikanə 1870-ci ildə tikilib. O, Aralıq dənizinin sahilində Sen-Jan-Kap-Ferra kommunasında yerləşir.

1672 kv.m-lik evdə 14 yataq otağı var. Villa 14 hektarlıq ərazi ilə əhatə olunub.

Oxuməni.az