Sabah paytaxtda və əksər rayonlarda hava əsasən yağmursuz olacaq

Sabah paytaxtda və əksər rayonlarda hava əsasən yağmursuz olacaq

9 Aprel 2020 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda aprelin 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxuməni.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8°, gündüz 12-16° isti, Bakıda gecə 6-8°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 10-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub rayonlarında arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxuməni.az