1 milyon dollar  tapdı və pulu polisə təhvil verdi

1 milyon dollar tapdı və pulu polisə təhvil verdi

23 May 2020 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Virciniya ştatında bir ailə yoldan tapdığı təxminən 1 milyon dollar pulu polisə təhvil verib.

Şents soyadlı ailə qarşıdakı avtomobillə toqquşmamaq üçün sükanı çevirərək yol ortasındakı zibil torbasına bənzəyən əşyanın üstündən keçib. Həmin torbanı zibil qutusuna atmaq üçün götürmək istəyən ailə fərdləri yol kənarında daha bir bənzər torbanın olduğunu görüblər.

Ailə torbaları götürərək avtomobilin arxasına atıb. Axşam evə gələn ailə torbaları zibil qutusuna atmaq istəyəndə, torbalarda təxminən 1 milyon dollara qədər pul olduğunu görüb.

Anne Emili Şents dərhal polisə zəng edərək pulu təhvil verdiyini bildirib. Səbəbini isə belə izah edib: “Çünki bu, bizə aid pul deyil” .

Pulu təhvil alan Karolina Polis Departamentindən Skott Moser ailə ilə qürur duyduqlarını deyib.

“Ailənin pulu təhvil verməsi onların xarakterlərini ifadə edir. Əminəm ki, bu qərarı vermək asan deyil, amma onlar doğru olanı ediblər”, - deyə Skott Moser bildirib.

Oxuməni.az