Kürdən 75 kiloqram ağırlığında naqqa balığı tutulub

Kürdən 75 kiloqram ağırlığında naqqa balığı tutulub

2 Noyabr 2020 15:32
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycanda Kürdən 75 kiloqram ağırlığında naqqa balığı tutulub.
Oxuməni.az
Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə jurnalist İsmayıl Nəsibli sosial şəbəkələrdə foto paylaşıb.
Məlumata görə balıq Kür çayının Yevlax rayonundan keçən hissəsində tutulub.
Balığın böyüklüyü görənlərin təəccübünə səbəb olub. Balığın uzunluğu təxminən 2 metrə yaxındır.
Qeyd edək ki, hazırda naqqa ətinin 1 kiloqramı 10-15 manata satılır. Lakin bu balıqla bağlı fikirlər birmənalı olmadığından hər adam naqqa balığı yemir, ona görə də Kürdən tutulan bu balığı daha çox restoranlar alırlar. Dadına baxmaq istəyənlər isə restoranlara üz tuturlar.
Məlumat üçün bildirək ki, naqqa yırtıcı balıq hesab olunur. İri naqqaların əsas qida obyekti balıqlardır (çapaq, poru, ilanbalığı və s).
Mənbələrdə qeyd olunur ki, xırda naqqalar balıqların sürfələri, suda yaşayan və ya havadan suya düşən həşaratlarla qidalanırlar. Naqqa balıqları şirin suda 80 ilədək yaşaya bilirlər. Uzunluğu isə 4 metrədək ola bilir. Naqqalar mayın əvvəlindən başlayaraq iyula qədər, suda temperatur 18-22 dərəcə olduqda kürü tökürlər.

Oxuməni.az