ABŞ-da yeni evə köçən cütlük 25 min dollarlıq qədim sikkələr tapıb

ABŞ-da yeni evə köçən cütlük 25 min dollarlıq qədim sikkələr tapıb

21 Noyabr 2020 16:23
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Cənubi Karolina ştatında yeni evə köçən cütlük oradan 25 000 dollar dəyərində qədim qızıl və gümüş sikkələr tapıblar.

Oxuməni.az “CNN”-ə istinadən xəbər verir ki, sikkələr sonradan evin keçmiş sahibinə qaytarılıb.

Bildirilir ki, evin yeni sahibi Ceyms Manford sanitar qovşaqdakı dolabın rəflərində sikkələrdən ibarət bütöv bir kolleksiya aşkar edib. Rəflərdə 1800-cü illərdə çap olunmuş 46 qızıl sikkə və 18 gümüş sikkə olub.

Oxuməni.az