Ruslar Qarabağda hərbi şəhərciklərin sayını niyə artırır?

Ruslar Qarabağda hərbi şəhərciklərin sayını niyə artırır?

31 Mart 2021 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağda olub, Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyin açılışında iştirak edib. Rus general açılışda bunu deyib: “25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək”. O da vurğulanıb ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir".

Oxuməni.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, normalda ordu generalı Dmitri Bulqakov Qarabağa getmək üçün əvvəlcə Bakıda olmalı idi:

"Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəlmişdən öncə Bakıya gəlməli, azərbaycanlı həmkarıyla görüşməli və Dağlıq Qarabağın paytaxtına səfərinin məqsədini bəyan etməli idi. O da izah olunmalı idi ki, 10 noyabr bəyanatında rusiyalı hərbçilərin Dağlıq Qarabağda sayı 1960 nəfər göstərildiyi halda, Dağlıq Qarabağda hərbi şəhərciklərin sayı niyə artır? Normalda rusiyalı general Xankəndidə açılışlar edərkən yanında Azərbaycanın müdafiə nazirinin müavini də dayanmalı idi".