I ixtisas qrupu üzrə imtahanlardan 60 abituriyent xaric olunub

I ixtisas qrupu üzrə imtahanlardan 60 abituriyent xaric olunub

11 İyul 2011 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin verdiyi məlumata görə, ali məktəblərin I ixtisas qrupu üzrə dünən keçirilən qəbul imtahanlarında imtahan qaydalarını pozduğuna görə 60-a yaxın abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub. Onun sözlərinə görə, həmin şəxslərdən 1 nəfər başqasının yerinə imtahana girmək istəyib, 2-si imtahana mobil telefonla keçməyə, qalanları isə köçürməyə cəhd göstərib. I ixtisas qrupu üzrə oğlanların sayı qızlara nisbətən üstünlük təşkil etdiyindən imtahan zamanı qaydaları pozanlar III ixtisas qrupunun imtahanlarına nisbətən çox olub. E. Nağızadə deyib ki, imtahan təlimata uyğun keçirilib, hazırda abituriyentlərin cavab kartlarının emalı gedir və protokollar oxunur. İmtahanın nəticələrinin sabah açıqlanması nəzərdə tutulur.

İmtahan qaydalarını pozan abituriyentlər "Əli aşından da oldular, Vəli aşından da".

Tofiq Əliyev

O.M.