İlham Əliyev 3 sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Xalq artisti" fəxri adı ilə
Süleymanlı Şamil Kamran oğlu
"Əməkdar incəsənət xadimi" fəxri adı ilə
Cəfərov Elxan Pərviz oğlu
Hətəmov Müşfiq Mürşüd oğlu
Quliyev Elçin Musa oğlu
Sadıqov Orxan Fikrət oğlu
Səfərova Leyla Həzrət qızı
"Əməkdar artist" fəxri adı ilə
Cəfərov Rasim Valeh oğlu
Əhmədli Bəhruz Vaqif oğlu
"Əməkdar rəssam" fəxri adı ilə
Əfəndiyeva Mehriban Cahanşir qızı
"Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə
Abdullayeva Gülşən Tofiq qızı
Abdullayeva Validə Rüstəm qızı
Dadaşov Rafiq Ağahüseyn oğlu
Əliyev Akif Gülrza oğlu
Hüseynov Aydın Həsən oğlu
Hüseynov Əlisəfdər Mürsəl oğlu
Məmmədov Əliağa Nadir oğlu
Məmmədzadə Vasif Bəxtiyar oğlu
Rəhimov Elşad İbrahimxəlil oğlu
Salmanov Rasim Şərəfəddin oğlu.
18:30
İlham Əliyev Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.
***
İlham Əliyev Azərbaycanın kino xadimlərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:
İmamverdiyev Cavid Sudeyf oğlu
Qavriş Konstantin Viktoroviç
Vəzirzadə Leyla Rüfət qızı.
Mediainfo.az