ABŞ iranlılardan qorunmaq üçün ticarət gəmilərinə hərbçi yerləşdirə bilər

ABŞ iranlılardan qorunmaq üçün ticarət gəmilərinə hərbçi yerləşdirə bilər

4 Avqust 2023 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hərbi komandanlığı ticarət gəmilərinin Hörmüz boğazından keçərkən İranın hərəkətlərindən qorunması imkanlarını öyrənir.

Oxuməni.az xəbər verir ki, bu barədə Associated Press agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, Amerika tərəfi İran tərəfindən gələn təhlükənin qarşısını almaq üçün mülki gəmilərin göyərtəsində öz silahlı qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan variantı nəzərdən keçirir.

Eyni zamanda, mənbələr konkret qərar verilməsə də, ABŞ-ın regiondakı müttəfiqləri ilə bu planı müzakirə etdiyini bildirib.

Qeyd olunur ki, ABŞ Hərbi Dəniz Qüvvələri, plana əsasən, gəmilərin təhlükəsizliyini ancaq dənizçilərin özlərinin müraciəti əsasında. təmin etməyə hazır olacaq,

Bundan əvvəl ABŞ dəfələrlə İranı müxtəlif gəmiləri qanunsuz olaraq saxlamaqda ittiham edib. Xüsusilə, iyul ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması İran hərbçilərinin Hörmüz boğazında iki neft tankerini saxlamağa çalışdığı barədə məlumat vermişdi. Tehran bu ittihamları rədd edib.

İyulun sonunda Pentaqon boğazda hərbi varlığını artıracağını və ora iki desant gəmisi göndərəcəyini açıqlamışdı.

Əziz Baş Göynüklü