PKK lideri Öcalan zorbalıq dövrünün sona çatdığını elan etdi
Ömürlük həbs cəzasına məhkum edilmiş PKK lideri Abdullah Öcalan, İmralı adasında, təşkilatın keçən il qəbul etdiyi özünü buraxma qərarının ildönümündə yeni bir bəyanatla çıxış edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşri məlumat yayıb.
27 fevral 2025-ci il tarixli silahları buraxmaq çağırışını "Türk dövləti ilə barışıq elanı" adlandıran Öcalan, zorbalıq dövrünün artıq geridə qaldığını qeyd edib.
Öcalan, bu prosesə Prezident Rəcəb Tayyib Ərdoğanın, MHP lideri Dəvlət Baxçalı və CHP sədri Özgür Özəlin töhfələrinin vacibliyini vurğulayaraq onlara təşəkkür edib.
"Kürdsüz türk olmaz, türksüz kürd olmaz; bu dialektikanın öz tarixi özəlliyi var. Cümhuriyyətin qurulmasının əsasını təşkil edən fundamental mətnlər türk və kürdlərin birliyini ifadə edirdi," - deyə Öcalan müraciətində bildirib.
Türkiyədəki bir çox problemin əsas səbəblərindən birinin qanunun aliliyinin olmaması olduğunu vurğulayan Öcalan, yeni mərhələnin qarşılıqlı dinləmə və ifadə azadlığı əsasında qurulacağını bildirib.
"Zorbalıq dövrünü başa çatdırmaq və demokratik cəmiyyətə və qanunun aliliyinə əsaslanan bir prosesi başlatmaq niyyətindəyik. İndi mənfi mərhələdən yaradıcılığın müsbət mərhələsinə keçirik," - deyə ömürlük həbs cəzasına məhkum edilmiş PKK lideri, "Terrorçuluqdan azad Türkiyə" prosesinin ikinci mərhələsinin başladığını elan edib.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)
































.jpg)
.jpg)
.jpg)

















