Prezident Donald Tramp İranın Ali Lideri Əli Xameneinin öldürüldüyünü bildirib
Prezident Donald Tramp İranın Ali Lideri Əli Xameneinin ABŞ-İsrail hücumunda öldürüldüyünü bildirib.
"Əli Xamenei bizim kəşfiyyat və yüksək texnologiyalı müşahidə sistemlərimizdən gizlənə bilmədi və İsraillə sıx əməkdaşlıq çərçivəsində nə o, nə də onunla birlikdə öldürülən digər liderlər heç nə edə bilmədilər", - deyə Tramp sosial media platforması Truth Social-da yazıb.
ABŞ prezidenti hadisəni "İran xalqının öz ölkələrini geri almaq üçün yeganə şansı" adlandırıb. "Eşidirik ki, onların İİKK, hərbi və digər təhlükəsizlik və polis qüvvələrinin bir çoxu artıq döyüşmək istəmir və toxunulmazlıq tələb edir", - deyə Tramp bildirib.
İran hakimiyyəti ayətullahın ölümünü təkzib edib. İranın Tasnim xəbər agentliyi cənab Xameneinin hazırda əməliyyat qərargahında olduğunu və oradan "şəxsən hərbi əməliyyatlara rəhbərlik etdiyini" bildirib. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi və İranın xarici işlər naziri Abbas Əraqçi də bildiriblər.
Qərb xəbər agentlikləri İsrail mənbələrinə istinadən Ali Rəhbərin ölümü barədə məlumat yayıblar. İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, "bir çox əlamət Əli Xameneinin ölümünə işarə edir".
Əziz MUSTAFA






































.jpg)
.jpg)
.jpg)
































.jpg)
.jpg)







