Latviyada fövqəladə vəziyyət rejimi ləğv edilir
Latviyada koronavirus pandemiyası səbəbiylə tətbiq olunan fövqəladə vəziyyət rejimi iyunun 9-da ləğv ediləcək.
Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Krişyanis Karinış bəyan edib.
"İyunun 9-da Latviyada fövqəladə vəziyyətə son qoyulacaq, lakin bir sıra məhdudiyyətlər qalacaq", - deyə hökumət rəhbəri əlavə edib.
Hansı məhdudiyyətlərin qüvvədə qalacağı daha sonra açıqlanacaq.
Qeyd edək ki, martın 17-dən etibarən Latviyada COVID-19 infeksiyasının yayılmasına görə fövqəladə rejim tətbiq olunub.
Oxuməni.az
Digər xəbərlər