Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.
TQDK-nın mətbuat xidmətindən apa -ya verilən xəbərə görə, qəbulda Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul aprelin 22-də saat 12:00-da Şəmkir şəhəri Zəka Gənclər Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri xahiş olunur.
Bundan əlavə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa Təhsil Şöbələrində 14 aprel-21 aprel tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata düşə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


















.jpg)









.jpg)



























.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)
























