Ermənistan Gəncə və Mingəçeviri raket atəşinə tutdu
Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçeviri raket atəşinə tutub.
Oxuməni.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yeni mesaj yazıb.
Mesajda deyilir: “ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKUD/Elbrus Əməliyyat-Taktik Ballistik Raketidir. Raketin düşdüyü ərazidən əldə olunan fraqmentlər bunu sübut edir. Sıx məskunlaşmış mülki şəxslərə qarşı SKUD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”.
Digər xəbərlər