Müşfiq Abbasov əməliyyata məruz qalıb
"Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov ürəyindəki nasazlıqdan şikayətləndiyi üçün iki gün öncə xəstəxanaya yerləşdirilib. Amma həkim müayinəsi zamanı məlum olub ki, onun öd kisəsi sıradan çıxıb. Və elə bu üzdən də ürəyində ağrılar yaranıb.
Öd kisəsindən təcili əməliyyat olunan M.Abbasov hazırda Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat otağından palataya köçürülüb. Onu ziyarətə gələnlər arasında doğmaları ilə yanaşı, əziz dostlarından olan Rafael və Coşqun da olub. Hansılar ki, əməliyyata kimi bir an belə olsun onu yalnız buraxmayıblar. Müşfiqlə Rafael boğazından ağır əməliyyat keçirən Coşqunu tənha qoymamış, hər ikisi ona dəstək olmuşdu.
Deyəsən, "Bu şəhərdə"nin üzvləri gözə gəliblər. Allah üçüncüdən - Rafael İsgəndərovdan saxlasın. Amin!
Könül Aypara
O.M.