Maurinyo: " Hiss etdiklərimi söyləsəm, bütün karyeram sona çatar "
Çempionlar liqasının yarım finalının ilk maçında Barselonaya 2-0 məğlub olan Real Madridin məşqçisi Joze Maurinyo maçın alman hakimini sərt dillə qınayıb.
Maç bitdikdən sonra təşkil olunmuş mətbuat konfransında Joze Maurinyo Pepenin qırmızı kart, Ramosun isə sarı kart alması ilə bağlı bunları deyib: "Hiss etdiklərimi söyləsəm, bütün karyeram sona çatar. "
Sadəcə hakimin qərarını narazılıqla alqışladığını söyləyən Maurinyo "Tək bilmək istədiyim şey niyə bu hakimlər ?Hər yarım finalda həmişə eyni olur. Çelsi ilə finala getmədim. İnter ilə yenə 10 nəfər qaldıq amma möcüzə oldu. Finala getdik. Bu dəfə yeni bir möcüzə olmadı" deyib.
Digər xəbərlər