Ronaldo “Yuventus”-“Napoli” görüşündə oynamayacaq
Turinin "Yuventus " komandasının hücumçusu Kriştian Ronaldo İtaliya çempionatının 26-cı turunda "Napoli" ilə keçiriləcək oyunda meydana çıxmayacaq.
Mediainfo.az-ın Gazetta dello Sport qəzetinə istinadən verdiyi xəbərə görə, Ronaldo "Bolonya" ilə oyunda zədələndiyindən həkimlər ona növbəti görüşdə meydana çıxmağa icazə verməyiblər. Portuqaliyalı hücumçunun martın 12-də Çempionlar Liqası çərçivəsində keçiriləcək "Yuventus"-"Atletiko" Madrid oyununa kimi zədəsini sağaldacağı gözlənilir.
Digər xəbərlər