İranın məhkəmə sisteminin rəisi Mohseni-Ejei öldürülüb
İslam Respublikasının məhkəmə sisteminin rəisi Qulam Hüseyn Mohseni-Ejei Tehrana edilən hava hücumlarından birində həlak olub. Oxuməni.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı özünün X-dəki rəsmi səhifəsində məlumat yayıb.
Telekanalın mənbələrinin iddia etdiyinə görə, "İranın məhkəmə sisteminin rəisi Mohseni-Ejeinin Tehranda həlak olması barədə məlumatlar var".
İran hakimiyyətindən bu vəziyyətlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qulam-Hüseyn Mohseni-Ejei (d. 29 sentyabr 1956) İranın siyasi və hüquqi sistemində əsas fiqurlardan biri olub, 1 iyul 2021-ci ildən ölkənin məhkəmə sisteminin rəisi vəzifəsini icra edirdi.
2026-cı ilin martında Əli Xameneinin ölümündən sonra o, prezident Məsud Pezeşkian və Əlirza Ərafi ilə birlikdə İranın Ali Rəhbəri vəzifəsini müvəqqəti icra edən şuranın tərkibinə daxil olmuşdu.
O, daimi Ali Rəhbər vəzifəsinə mümkün namizədlərdən biri hesab olunurdu.
2025-2026-cı illər ərzində Möhseni-Ejei İranda kütləvi etirazların sərt şəkildə yatırılmasına rəhbərlik etmiş, məhkəmələrdən "tez və güzəştsiz" hökmlər çıxarmağı, o cümlədən iğtişaş iştirakçıları və casusluqda ittiham olunanlar üçün ölüm hökmləri verməyi tələb etmişdi.
Möhseni-Ejei sərt xətt tərəfdarları ("prinsipialistlər") düşərgəsinə aid idi. O, ABŞ, Avropa İttifaqı və Kanada tərəfindən sanksiyalar altındadır. O, işgəncələrdə iştirak etməkdə, təzyiq altında yalan etiraflar almaqda və əsassız ölüm hökmləri çıxarmaqda ittiham olunur.
Almaz Həsənli




















































































