Azərbaycan bir ay ərzində Çindən 100-dən çox elektrik avtobusu idxal edib

Azərbaycan bir ay ərzində Çindən 100-dən çox elektrik avtobusu idxal edib

1 Aprel 11:43
Bəyəndim (2) Bəyənmədim (0)

Bu ilin yanvar ayında Çindən ümumi dəyəri 29,083 milyon dollar olan 105 elektrik avtobusu idxal edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Mənbəyə görə, bir avtobusun qiyməti təxminən 277.000 manatdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycana ümumi dəyəri 176,5 milyon dollar olan 7591 nəqliyyat vasitəsi idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin idxalı miqdar baxımından 72 ədəd və ya 0,9% azalıb, dəyər baxımından isə 37,5 milyon dollar və ya 27% artıb. Bu dövrdə ölkəyə 10 və daha çox insanın daşınması üçün 36,8 milyon ABŞ dolları dəyərində 189 ədəd motorlu nəqliyyat vasitəsi, eləcə də 125,7 milyon ABŞ dolları dəyərində 6774 ədəd minik avtomobili və digər motorlu nəqliyyat vasitələri idxal edilib.

Almaz Həsənli