Britaniya donanmasında şişmə gəmilər peyda olacaq

Britaniya donanmasında şişmə gəmilər peyda olacaq

13:56
Bəyəndim (2) Bəyənmədim (0)

Böyük Britaniya qeyri-adi hərbi təşəbbüsə - şişmə ( hava ilə doldurulan-red.) döyüş gəmiləri donanmasının yaradılmasına başladığını elan edib. Bu gəmilərin tez yerləşdirilməsi və radarlardan demək olar ki, görünməməsi nəzərdə tutulur. Oxuməni.az xəbər verir ki, bu barədə “UK Defence Journal” yazır.
Hökumət bildirir ki, yeni sistem xərcləri əhəmiyyətli dərəcədə artırmadan Britaniya Kral Donanmasının sayını kəskin şəkildə artırmağa imkan verəcək.
Müdafiə naziri Barnabi Heddok layihəni "inqilabi" adlandırıb və əmin edib ki, şişmə platformalar sayəsində donanmanı "bir gecədə" dörd dəfə artırmaq mümkün olacaq.
"Bu gəmilər radarlar tərəfindən aşkar edilmir, çox mobildir və hücum halında asanlıqla əvəz oluna bilər - bir nasos və bir az səbr kifayətdir," - deyə o bildirib.
Müdafiə Nazirliyinin məlumatına görə, donanmaya hətta şişmə təyyarədaşıyanlar və sualtı qayıqlar da daxil olacaq. İlk gəmi - HMS Bouncy Castle - artıq sınaqdan keçirilir.
İlin sonuna qədər belə gəmilərin sayı 300 ədədi keçə bilər.
Donanma nümayəndələri bildirirlər ki, sülh dövründə onları yığcam şəkildə saxlamaq, müharibə zamanı isə bir neçə dəqiqə ərzində yerləşdirmək olar.
Lakin təşəbbüs tənqidlərə səbəb olub. Analitiklər texnologiyanın şübhəli etibarlılığına diqqət çəkirlər: onların sözlərinə görə, prototiplərdən biri üzərinə qağayı oturduqdan sonra sıradan çıxıb.
Təklif olunan həllər arasında üzmə qabiliyyətini artırmaq üçün əlavə plastik konstruksiyalar var.
Ekspertlər həmçinin döyüş şəraitində əl nasoslarından istifadənin məqsədəuyğunluğundan şübhələnirlər. Hökumət cavab verir ki, hər bir gəmidə sürətli şişirmə üçün xüsusi operator olacaq.
Daunininq-stritdə gələcəkdə bu konsepsiyanın digər texnika növlərinə - xüsusən də tanklara və təyyarələrə də şamil oluna biləcəyi istisna edilmir.
Almaz Həsənli