İsveçrədə turist avtobusu aşıb, bir neçə nəfər ölüb

İsveçrədə turist avtobusu aşıb, bir neçə nəfər ölüb

15:09
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrənin Qraubünden kantonunda turistləri daşıyan avtobus qəzaya uğrayıb. Beş nəfər ölüb, 40 nəfər yaralanıb. Oxuməni.az xəbər verir ki, bu barədə euronews-in cümə, 11 sentyabr tarixində yaydığı məlumatda deyilir.

Niderlanddan 45 sərnişini daşıyan avtobus bir günlük ekskursiyadan sonra Zernezdən Suş kəndinə doğru hərəkət edirdi. Loess kəndi yaxınlığında avtobus yol təmiri zonasında yoldan çıxaraq aşıb. Qəzanın səbəbi araşdırılır. Polis sürücünün yola düşən qayadan yayınmağa çalışdığı iddia edilən media xəbərlərini şərh etmir.

Polisin məlumatına görə, üç zərərçəkən ağır, yeddisi orta dərəcəli, 30 nəfər isə yüngül xəsarət alıb. Təxliyə üçün yeddi helikopter və 13 təcili yardım maşını cəlb edilib. Xilasedicilər gecə boyu hadisə yerində işləyiblər. Səhərə qədər beş zərərçəkənin hamısının cəsədi dağıntılar altından çıxarılıb.

Daha əvvəl Niderlandda 50-dən çox alman məktəblisini daşıyan avtobus yük maşını ilə toqquşub. Qəzada səkkiz nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Əziz Mustafa