Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 14:20
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyənin Sakarya vilayətində Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərdə titrəməni (tremoru) azaltmaq üçün xüsusi vibrasiyalı qolbaq hazırlanıb. Bu barədə Oxuməni.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir.

Cihaz "Sakarya Teknokent" texnoparkı bazasında fəaliyyət göstərən bir şirkət tərəfindən yaradılıb. Bu ixtira xəstəliyin gündəlik fəaliyyətləri yerinə yetirməyi çətinləşdirən ən geniş yayılmış simptomlarından biri olan titrəməni minimuma endirmək məqsədi daşıyır.

Şirkətin rəhbəri Baran Oğuz "Anadolu" agentliyinə bildirib ki, cihaz pasiyentlərin gündəlik həyatını asanlaşdırmaq üçün köməkçi vasitə kimi istifadə olunur.

Təxminən on ildir Parkinson xəstəliyi ilə yaşayan 55 yaşlı Ayşə Ərdoğan qolbaqdan istifadə etməyə başladıqdan sonra həyat keyfiyyətinin yaxşılaşdığını qeyd edib.

Almaz Həsənli