Brent markalı neftin qiyməti əvvəlki sıçrayışdan sonra cüzi ucuzlaşır

Brent markalı neftin qiyməti əvvəlki sıçrayışdan sonra cüzi ucuzlaşır

Bəyəndim (1) Bəyənmədim (0)

Yaxın Şərqdə münaqişənin daha da gərginləşəcəyi ilə bağlı narahatlıqların təsiri ilə əvvəlki gün kəskin bahalaşan neftin qiyməti cümə axşamı səhər cüzi şəkildə aşağı düşüb.

Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neft üzrə noyabr fyuçersləri bir barel üçün 100,88 dollardan alınıb-satılır. Bu, əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən 0,33 dollar (0,33%) aşağıdır. Çərşənbə günü Brent 3,29 dollar (3,4%) bahalaşaraq bir barel üçün 101,21 dollara çatıb.

Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neft üzrə oktyabr fyuçerslərinin qiyməti həmin vaxta qədər 0,09 dollar (0,09%) azalaraq bir barel üçün 95,96 dollar olub. Əvvəlki sessiyanın yekunlarına görə isə onların qiyməti 3,02 dollar (3,25%) artaraq bir barel üçün 96,05 dollara yüksəlib.

Hər iki markanın qiyməti çərşənbə günü mayın 22-dən bəri ən yüksək səviyyədə ticarəti başa vurub. Avqust ayında qeydə alınan minimum göstəricilərlə müqayisədə isə neft kotirovkaları təxminən üçdə bir bahalaşıb.

Almaz Həsənli