Milyarderlər reytinqində ilk 10 pillənin hamısını amerikalılar tutub

Milyarderlər reytinqində ilk 10 pillənin hamısını amerikalılar tutub

Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ vətəndaşları ilk dəfə Bloomberg-in milyarderlər reytinqində ilk 10 pillənin hamısını tutublar. Oxuməni.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.

Fransalı lüks əşyalar maqnatı Bernard Arno dünyanın ən varlı 10 şəxsi sırasından çıxaraq yerini 96 yaşlı investor Uorren Baffetə verib. Baffetin sərvəti 144 milyard dollar qiymətləndirilir.

Reytinqdə böyük fərqlə ilk pillədə sahibkar İlon Mask qərarlaşıb. Onun sərvəti 919 milyard dollar təşkil edir. İkinci yerdə Google şirkətinin həmtəsisçisi Larri Peyc (286 milyard dollar), üçüncü yerdə isə Amazon-un təsisçisi Ceff Bezos (274 milyard dollar) qərarlaşıb.

4-cü yerdən 10-cu yerədək Google-un həmtəsisçisi Sergey Brin (266 milyard dollar), Dell şirkətinin təsisçisi Maykl Dell (245 milyard dollar), Meta korporasiyasının rəhbəri Mark Zukerberq (229 milyard dollar), Oracle-ın həmtəsisçisi Larri Ellison (208 milyard dollar), Nvidia-nın baş direktoru Jensen Huang (181 milyard dollar) və Microsoft-un keçmiş baş direktoru Stiv Balmer (172 milyard dollar) yer alıb.

Milyarderlərin sayına görə ilk üç yeri ABŞ, Çin və Almaniya tutub. Ümumilikdə dünyada milyarderlərin sayı rekord həddə — 3795 nəfərə çatıb. Onların ümumi sərvəti isə 15,1 trilyon dollar qiymətləndirilir.

Almaz Həsənli