Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazında hərbi əməliyyata qoşula bilər

Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazında hərbi əməliyyata qoşula bilər

11:05
Bəyəndim (0) Bəyənmədim (0)


Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazının açılması üçün hərbi əməliyyata qoşulmağa hazırdır və bu, güc tətbiq etməklə həll yolunu açıq şəkildə dəstəkləyən ilk Fars körfəzi ölkəsi olacaq. Oxuməni.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Əmirliklər BMT Təhlükəsizlik Şurasının belə hərəkətlərə icazə verəcək qətnaməsinin qəbulu üçün lobbiçilik edir. BƏƏ diplomatları ABŞ-ı, Avropa və Asiyanın hərbi güclərini İranın martın əvvəlində faktiki olaraq bağladığı Hörmüz boğazının blokadasını aradan qaldırmaq üçün koalisiya yaratmağa çağırıblar.
Mənbələr qeyd edirlər ki, BƏƏ həmçinin ABŞ-a strateji əhəmiyyətli boğazdakı adaları, o cümlədən İranın nəzarətində olan və Əmirliklərin iddia etdiyi Əbu Musa adasını tutmağı təklif edib.
“Financial Times” fevralın 27-də mənbələrə istinadən xəbər vermişdi ki, BƏƏ ABŞ-a və Qərb tərəfdaşlarına Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün hərbi dəniz qüvvələrini cəlb etməyə hazır olduğunu bildirib.
Almaz Həsənli