Norveçli yeniyetmə Olimpiada mükafatını Ukrayna Silahlı Qüvvələrinə bağışlayıb

Norveçli yeniyetmə Olimpiada mükafatını Ukrayna Silahlı Qüvvələrinə bağışlayıb

08:01
Bəyəndim (1) Bəyənmədim (0)

17 yaşlı norveçli yeniyetmə Skomantas Urbonas milli riyaziyyat olimpiadasında birinci yeri tutduğu mükafatı Ukraynaya bağışlamaq qərarına gəlib. Ukrayna Xarici İşlər Nazirliyi bunu 2 aprel cümə axşamı günü açıqlayıb.
Qeyd olunur ki, 15.000 Norveç kronu (NBU məzənnəsi ilə 68.000 UAH) Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına və Ukrayna səhiyyə sisteminə dəstək üçün istifadə olunacaq.

Gənc oğlan qərarını şərh edərkən bildirib ki, "həmişə eşitmişəm ki, pislik yalnız yaxşı insanlar heç nə etmədikdə qalib gələ bilər".

"Buna görə də hiss etdim ki, bu nailiyyət Ukraynanın qələbəsinə töhfə verə bilsəydi, daha mənalı olardı", norveçli yeniyetmə əlavə edib.

Adına və sosial mediadakı varlığına görə, gənc oğlan Litvada anadan olub. Qohumu (çox güman ki, atası) Mantas Urbonas gənc oğlan haqqında Facebook paylaşımında şərh verərək yazıb ki, o, Litva səfirliyində diplomatik xidmətdə çalışdığı üçün üç ildir Norveçdə yaşayırlar.

Xatırladaq ki, "Orduya Abunə" platforması ötən ildən bəri Ukraynada fəaliyyət göstərir. Bu platforma hər bir vətəndaşa müəyyən bir briqadaya müntəzəm ianə üçün qeydiyyatdan keçməyə imkan verir.

Litva Ukraynanı dəstəkləmək üçün 4 milyon avro ianə edib.

Əziz MUSTAFA