DİLLƏN ŞEYX, DİLLƏN! Şeyx  və onun rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi  susmaqla  ermənilərə köməklik edən İranla həmrəylik nümayiş etdirir

DİLLƏN ŞEYX, DİLLƏN! Şeyx və onun rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi susmaqla ermənilərə köməklik edən İranla həmrəylik nümayiş etdirir

21 Sentyabr 2021 17:23
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Azərbaycana qarşı mövqeyi - Ermənistana yardımları, cənubdakı azərbaycanlılar üzərindən apardığı çirkin siyasət, Azərbaycandakı etnik qrupları qarşı-qarşıya qoymaq cəhdləri və.s ölkəmizə hiddətlə qarşılanır, vətəndaşlarımız sosial şəbəkələr vasitəsilə öz etirazlarını bildirirlər.

Amma bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin səsi hələ ki, çıxmır. İrana qarşı hər hansı bir ifadə söyləndiyi zaman vaxt itirmədən İranı müdafiə xarakterli fikir bildirən Şeyx, nədənsə Azərbaycana qarşı atılan bu qədər addımlara etirazını bildirmir.

Şeyxə fətva, Ermənistana isə maddi yardım göndərən İranın hədəflərindən biri də şeyxin doğma torpağı olan Lənkəranın daimi sakinləri olan talış qardaşlarımızı qıcıqlandırmaqdır. Ancaq şeyx bir dəfə də olsun İrana cavabını vermədi ki, talışlar bu ölkənin ayrılmaz bir parçasıdır, onların 44 günlük müharibədə qəhrəmanlıqları və vətənpərvərlikləri hər kəsə ayandır.

İrandakı ağalarından çəkinən şeyx illərdir cənubdakı soydaşlarımızın haqqarının tapdalandığını da görmür və ya görmək istəmir.

İranın illərdir Azərbaycanı narkotik yuvasına çevirməyə çalışması cümlə aləmə bəyandır. Əfqanıstandan aldığı narkotiki Azərbaycan üzərindən keçirmək istəyən, minlərlə gəncimizi narkotik aludəçisi edərək həyatını qaraldan İrana qarşı da şeyx bir dəfə də olsun dilənmədi. Bir dəfə də olsun demədi ki, bəsdir artıq, millətimizi çirkin oyunlarınıza alət edirsiniz, bəsdir artıq, Ermənistana dəstək verirsiniz, bəsdir artıq, ölkəmizə zəhər daşıyırsınız, bəsdir artıq, cənubdakı soydaşlarımıza zülm edirsiniz.

Amma İrana və ağalarına qarşı ən adi bir etiraz olunan kimi, illərdir dili pas tutmuş şeyx, hər kəsdən qabaq fikir bildirərək onları müdafiə edir. Bu azmış kimi zaman-zaman da onlara minnət borcumuzun olduğunu dilə gətirir.

Bütün bunları görməmək üçün kor, görüb də dillənməmək üçün isə vicdansız olmaq lazımdır. Amma bu yerdə şeyxin məşhur sözünü də unutmayaq: “Mən 35 ildir şeyxülislamam, hələ vicdanın nə olduğunu bilmirəm”. Azpolitika.info