Sevastopolda Rusiya Qara Dəniz Donanmasının hərbi obyektinə zərbə endirilib

Sevastopolda Rusiya Qara Dəniz Donanmasının hərbi obyektinə zərbə endirilib

07:54
Bəyəndim (1) Bəyənmədim (0)

Neptun sahil raket sistemi tərəfindən raket zərbəsi endirilib. Zərbə nəticəsində Rusiya Qara Dəniz Donanmasının silah və hərbi texnika saxlama yerləri məhv edilib.
Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib ki, 11 iyun gecəsi müvəqqəti işğal altında olan Krımda, Sevastopolun Streletskaya körfəzində Rusiya hərbi obyektinə zərbə endirilib.

Ukrayna ordusunun Neptun sahil müdafiə raket sistemindən istifadə edərək raket zərbəsi endirdiyi bildirilib.

Zərbə nəticəsində Rusiya Qara Dəniz Donanmasına məxsus silah və hərbi texnika saxlama yerləri məhv edilib.

Xatırladaq ki, 11 iyun Cümə axşamı gecəsi müvəqqəti işğal altında olan Krımda bir sıra partlayışlar eşidilib və nəticədə Simferopol və Sevastopolda yanğınlar baş verib. OSINT kanalları və Rusiya ictimai qruplarının məlumatına görə, yarımadanın quru girişlərindəki körpülər zədələnib.

Daha əvvəl Ukrayna Silahlı Qüvvələri Krımı Xerson vilayəti ilə birləşdirən Çonqar körpüsünü dağıdıb.

Əziz Mustafa