Avstraliyada şəhər ev qiymətinə satılır
Dünyanın ən kiçik şəhərlərindən biri hesab olunan Avstraliyanın Kuladdi yaşayış məntəqəsi satışa çıxarılıb. Bu barədə Oxuməni.az “Daily Mail”-ə istinadən məlumat yayıb.
Şəhər Brissbendən 800 kilometrdən çox qərbdə yerləşir və cəmi iki nəfər yaşayır. Kuladdini 400 min Avstraliya dollarına (475000 manatdan bir az çox-red.) almaq mümkündür. Alıcı həmçinin dörd otaqlı ev, motel, mağaza, pab və dörd ulduzlu restorandan ibarət yol kənarındakı kompleksi də əldə edəcək.
Şəhərdə yaşayan Kerol Yarrou və Co Kornel 2023-cü ildə yerli Foxtrap Road House kompleksini alıblar və üç il ərzində yaşayış məntəqəsinə yeni həyat verməyi planlaşdırıblar. Lakin indi Yarrou təqaüdə çıxmaq, Kornel isə köçmək niyyətindədir.
Daşınmaz əmlak agentliyi Charleville Real Estate-in nümayəndəsi Bekki Ceysman qeyd edib ki, Kuladdinin əhalisinin sayı əslində Foxtrap kompleksinin sahiblərinin sayı ilə müəyyən edilir. Əsas iş restoran və pab, eləcə də poçt marşrutunun xidməti ilə bağlı olacaq.
Keçmişdə burası böyük dəmir yolu qovşağı olub – burada təxminən 270 nəfər yaşayıb. Dəmir yolu xəttinin 1917-ci ildə başqa bir yaşayış məntəqəsinə uzadılmasından sonra şəhərdə tənəzzül başlayıb.
Almaz Həsənli























.jpg)
.jpg)
.jpg)






































.jpg)



















