Cənubi Koreyanın sabiq prezidenti Şimali Koreyaya pilotsuz təyyarə göndərmə işi üzrə daha 30 il həbs cəzasına məhkum edilib

Cənubi Koreyanın sabiq prezidenti Şimali Koreyaya pilotsuz təyyarə göndərmə işi üzrə daha 30 il həbs cəzasına məhkum edilib

14:06
Bəyəndim (1) Bəyənmədim (0)


Bu gün Seul Mərkəzi Rayon Məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol-u Şimali Koreyaya pilotsuz təyyarə göndərmə işi üzrə 30 il müddətinə azadlıqdan məhrum edib. Oxuməni.az xəbər verir ki, Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına görə, 65 yaşlı sabiq dövlət başçısı düşmənə kömək etməkdə və səlahiyyətlərini aşmaqda təqsirli bilinib.
İttiham aktına əsasən, Yun Sok Yol 2024-cü ilin oktyabrında Pxenyanın hava məkanına döyüş pilotsuz təyyarələrinin göndərilməsi barədə sərəncam verib. Prokurorluq iddia edir ki, bu, ölkədə hərbi vəziyyət tətbiq etmək üçün bəhanə yaratmaq məqsədi daşıyıb. Sabiq dövlət başçısı ittihamları rədd edir.
Cənubi Koreya prezidentinin 2024-cü ilin dekabrında hərbi vəziyyət tətbiq etmək cəhdi parlamentin müqaviməti səbəbindən uğursuz olub. Hadisə Yun Sok Yol-un vəzifəsindən azad edilməsinə və cənubi Koreya cəmiyyətinin dərin parçalanmasına səbəb olub.
Ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdi ilə əlaqədar sabiq prezident barəsində ümumilikdə səkkiz cinayət işi açılıb. 2026-cı ilin fevralında Seul Mərkəzi Rayon Məhkəməsi Yun Sok Yol-u səlahiyyətlərini aşmaqda və qiyamı təhrik etməkdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. Prokurorluq onun üçün ölüm cəzası tələb edib. Yun Sok Yol məhkəmə qərarından apellyasiya şikayəti verib.
Almaz Həsənli