Əraqçi: ABŞ ilə razılaşma imzalanmağa hər zamankından daha yaxındır

Əraqçi: ABŞ ilə razılaşma imzalanmağa hər zamankından daha yaxındır

10:09
Bəyəndim (0) Bəyənmədim (0)

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Vaşinqton və İran müharibəyə son qoyacaq bir razılaşmanın imzalanmasına "hər zamankından daha yaxındır".

Oxuməni.az xəbər verir ki, bu barədə İran rəsmisi öz "X" hesabında yazıb.

İyunun 12-də Əraqçi, ABŞ ilə danışıqların aparıldığı sənədin rəsmi adı olan anlaşma memorandumunun razılaşdırılmasının "hər zamankından daha yaxın" olduğunu bildirən bir açıqlama yayımlayıb.

"Onun yekunlaşdırılmasına qədər KİV-ə məzmunu barədə spekulyasiyalardan çəkinməyi məsləhət görürük... Bütün detallar vaxtında ictimaiyyətə bildiriləcək", - deyə o əlavə edib.

ABŞ prezidenti Donald Tramp, Əraqçinin açıqlamasını özünün "Truth Social" sosial şəbəkəsində yenidən paylaşıb.

Bundan əvvəl jurnalistlər mənbələrdən öyrənmişdilər ki, ABŞ və İran 15-17 iyun tarixlərində keçiriləcək G7 sammitindən əvvəl hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazından gəmilərin daşınmasını bərpa etmək barədə saziş imzalaya bilərlər.

Tramp bildirib ki, İranla sazişin imzalanması bu həftəsonu, 13-14 iyun tarixlərində baş tuta bilər.

Almaz Həsənli