"Rusiya başa düşməlidir ki, Ukrayna təhlükəsizlik zəmanətləri alıb və bu zəmanətlər zaman keçdikcə bitməyəcək"

"Rusiya başa düşməlidir ki, Ukrayna təhlükəsizlik zəmanətləri alıb və bu zəmanətlər zaman keçdikcə bitməyəcək"

29 May 2023 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa prezidenti Anjey Duda “Wall Street Journal” qəzetinə müsahibəsində bildirib ki, NATO-ya üzv ölkələr Ukrayna ilə uzunmüddətli müqavilə bağlamaq imkanını nəzərdən keçirirlər. Bu müqaviləyə əsasən Kiyev mütəmadi olaraq Qərb silahları və hərbi texnologiyaları alacaq.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden və digər Qərb liderləri NATO-Ukrayna münasibətlərinin ABŞ-İsrail təhlükəsizlik əlaqələri nümunəsi ola biləcəyini bildiriblər. Hazırda ABŞ və İsrail arasında on il müddətində çoxmilyardlıq Amerika silahlarının çatdırılmasını nəzərdə tutan saziş bağlanıb. Eyni zamanda, ABŞ xarici təcavüz halında İsrailə kömək etmək öhdəliyini üzərinə götürüb.

“Wall Street Journal” Ağ Evin sözçüsünə istinadən yazır ki, Qərb müttəfiqləri NATO-ya üzv olmaq istəyən Ukrayna ilə qarşılıqlı əlaqə formulunu işləyib hazırlamağa çalışırlar. Belə bir razılaşma Kremlin zaman keçdikcə Qərbin Ukraynaya dəstəyinin azalacağı gözləntilərini puça çıxara bilər.

"Rusiya başa düşməlidir ki, Ukrayna təhlükəsizlik zəmanətləri alıb və bu zəmanətlər zaman keçdikcə bitməyəcək", - Anjey Duda qəzetə müsahibəsində deyib.

NATO-Ukrayna Şurasının bu ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində elan ediləcəyi gözlənilir. Kiyev şuranın iclaslarını çağırmaq və NATO üzvü olan ölkələrə yardım üçün müraciət etmək hüququna malik olacaq. Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa və Almaniya Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair sazişin birbaşa iştirakçılarına çevrilə bilər.

Ukraynanın NATO-ya qəbul prosesinə başlamaq üçün israrlı çağırışlarına baxmayaraq, Qərb paytaxtları onun yaxın gələcəkdə NATO-ya qəbulunun mümkün olmadığını gizlətmirlər. Polşa prezidentinin “Wall Street Journal” qəzetinə müsahibəsində vurğuladığı kimi, Ukraynanın NATO-ya qəbulu onun ərazisində müharibə olduğu halda mümkün deyil. Lakin Rusiyanın işğalı Kiyevin NATO-ya üzv olmasına yol açıb. AzPolitika.info