Rusiya yenidən Kiyevi vurdu, partlayış səsləri eşidildi

Rusiya yenidən Kiyevi vurdu, partlayış səsləri eşidildi

30 May 2023 08:48
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyevdə və Ukraynanın bir sıra bölgələrində hava həyəcanı elan edildi.

Oxuməni.az xəbər verir ki, bu barədə RBC-Ukrayna-nın yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, Kiyev vilayətində, Kirovograd, Çerniqov, Donetsk, Çerkassk, Dnepropetrovsk bölgələrində həyəcan elan edildi. Bu bölgələrin sakinləri sığınacaqlarda qalmağa və informasiya səssizliyi qaydalarına riayət etməyə çağırılır.

Nəşr qeyd edir ki, son vaxtlar Rusiya qoşunları Ukraynanın "arxa" şəhərlərinə pilotsuz təyyarələr və raketlərdən istifadə edərək hücumlar təşkil etməyə başladılar. Belə hesab edliir ki, Rusiya resursları toplaya bildi və Ukraynaya gecə raket və pilotsuz hücumlarını aktivləşdirdi. Belə ki, mayın 29-na keçən gecə Rusiya ordusu Ukraynaya dronlar və raketlər atıb. Hava Hücumundan Müdafiə Qüvvələri 40 Х-101/Х-555 -dən 37-ni vurub və 35 İran dronundan 27-ni məhv ediblər. 29 May bazar ertəsi günortadan sonra daha bir hücum baş verdi - Kiyevdə hava hücumu elan edildikdən sonra partlayışlar baş veriib

Hərbçilər Rusiya Federasiyasının Ukrayna paytaxtına 11 "İskəndər" ballistik raketi ilə zərbə endirdiyini və onların hamısının məhv edildiyini bildiriblər.

Əziz Salam, Oxuməni.az