Ərdoğanın mətbuat katibi  Türkiyə-Amerika münasibətlərinə mane olan problemləri açıqlayıb

Ərdoğanın mətbuat katibi Türkiyə-Amerika münasibətlərinə mane olan problemləri açıqlayıb

30 May 2023 09:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ankara öz milli maraqlarından çıxış edərək bütün ölkələrlə müsbət münasibətlərin qurulması üçün səylərini davam etdirəcək.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Türkiyə-Amerika münasibətlərinin perspektivləri ilə bağlı Türkiyə mediasına açıqlamasında bildirib.

Kalın qeyd edib ki, Türkiyə-Amerika münasibətlərini "zəhərləyən" iki əsas problem var.

"Problemlərdən birincisi Obamanın hakimiyyəti dövründə PYD və YPG-yə verilən dəstəkdir. İkincisi FETO. Amerika administrasiyası bu günə qədər FETO terrorçularına qarşı heç bir addım atmadı",- dedi.

Türkiyə prezidentinin mətbuat katibi Ankaranın ABŞ prezidenti Co Baydenin Türkiyənin F-16 qırıcılarının modernləşdirilməsi və Türkiyəyə F-35 qırıcılarının qısa müddətdə təhvil verilməsi ilə bağlı suala cavab verib. Kalın qeyd edib ki, F-16 məsələsini siyasi sövdələşmə predmetinə çevirən ABŞ Konqresidir.

Əziz Baş Göynüklü