Ermənistan prezidenti Paşinyanı dəstəklədi: Azərbaycanın ərazi bütövlüyünün tanınması çox vacibdir

Ermənistan prezidenti Paşinyanı dəstəklədi: Azərbaycanın ərazi bütövlüyünün tanınması çox vacibdir

30 May 2023 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanla görüşündə bildirib ki, hökumətin regionda sülhün bərqərar olması siyasətini tam dəstəkləyir.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan mediasının yaydığı məlumatda deyilir.

"Keçən həftə Brüsseldəki görüşdən başlayaraq siyasi həyatımızda mühüm hadisələr baş verdi,. Bundan sonra Ermənistan Respublikası hökumətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığımız və Azərbaycandan da eyni şeyi gözlədiyimiz fikrini açıq şəkildə ifadə etdiniz",-deyə Xaçaturyan bildirib.

Ermənistan prezidentinin sözlərinə görə, Paşinyanın bəyanatı həm də sübut etdi ki, biz təkcə sülh haqqında sözlər demirik, həm də regionda sülhün qəti bərqərar olmasına köklənmişik.

Əziz Salam