Gəminin batması nəticəsində  dörd nəfər ölüb

Gəminin batması nəticəsində  dörd nəfər ölüb

30 May 2023 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyada turist gəmisinin batması nəticəsində 4 nəfər həyatını itirib, 19 nəfər xilas edilib, itkin düşən 3 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.

İtaliyanın şimalındakı Maggiore gölündə turistləri daşıyan gəmi batıb. İtaliya xilasediciləri 4 nəfərin cəsədinin tapıldığını, 3 nəfərin itkin düşdüyünü, 19 nəfərin isə xilas edildiyini açıqlayıb.

Hadisə İtaliyanın Milan şəhərinin şimalındakı Maggiore gölündə baş verib. Turistlərin ad günü şənliyi üçün icarəyə götürdüyü 16 metr uzunluğundakı gəmi güclü yağış və tufan nəticəsində batıb. Xatırladaq ki, güclü yağışlar nəticəsində ölkənin şimalında daşqınlar baş verib. Sel fəlakətində 14 nəfər həyatını itirib, on minlərlə insan evlərini tərk edib.

Murad Şahməmmədov