Çin ədalətli idarəçiliyin tərəfdarıdır

Çin ədalətli idarəçiliyin tərəfdarıdır

30 May 2023 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Çin bütün ölkələrin maraqlarını nəzərə almaqla qlobal maliyyə idarəetmə sisteminin daha ədalətli inkişafının tərəfdarıdır. Bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Din Syuesyan məlumat verib. “Həmçinin qlobal maliyyə idarəçiliyi sistemini təşviq etmək lazımdır. Qlobal maliyyə idarəçiliyi bütün ölkələrin maraqlarına xidmət etmək üçün daha ədalətli şəkildə inkişaf etdirilməlidir. Buna görə də çoxtərəfliliyə sadiq qalmağa davam etməli, müxtəlif platformalarda çoxtərəfli əməkdaşlığı təşviq etməli, inkişaf etməkdə olan bazarları təşviq etmək və inkişaf etməkdə olan iqtisadiyyatlar beynəlxalq arenada daha əhəmiyyətli söz sahibi olmalıdır” deyən baş nazirin müavini Yeni İnkişaf Bankının Rəhbərlər Şurasının və Direktorlar Şurasının illik iclasının açılış mərasimində bildirib.

Qeyd edək ki, Yeni İnkişaf Bankı (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika respublikası) tərəfindən 2014-cü ilin iyulunda assosiasiyanın Braziliyanın Fortaleza şəhərində keçirilən sammitində imzalanmış hökumətlərarası saziş əsasında yaradılıb. Bankın fəaliyyətinin məqsədi adı çəkilən ölkələrində və inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələrinin və davamlı inkişaf layihələrinin maliyyələşdirilməsidir. Təşkilat fəaliyyət göstərdiyi illər ərzində nəqliyyat, su təchizatı, təmiz enerji, rəqəmsal, sosial infrastruktur və şəhərsalma kimi dəstəkləyici sahələrə aid olan ümumilikdə 33,2 milyard dollar dəyərində 98 layihəni təsdiqləyib. Son bir neçə il ərzində təşkilat öz üzvlüyünü genişləndirə bilib. Rəhbərlər Şurası 2020-ci ilin sonunda banka potensial yeni üzv ölkələrlə danışıqlar aparmaq səlahiyyəti verib. Bu günə qədər bankın tərkibinə Banqladeş, Misir və Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Uruqvay da lazımlı prosedurları tamamladıqdan sonra onlara qoşulmalıdır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Murad Şahməmmədov