Ukraynalılar Mariupol yaxınlığındakı rusların anbarlarını və bazalarını məhv ediblər

Ukraynalılar Mariupol yaxınlığındakı rusların anbarlarını və bazalarını məhv ediblər

30 May 2023 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynalılar Mariupol yaxınlığındakı rusların anbarlarını və bazalarını məhv ediblər.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Mariupol Şəhər Şurasının mətbuat xidməti mayın 29-da telegramda bildirib ki, Mariupol istiqamətində rusların yerləşdiyi yerlərə zərbələrin sayı artır.

Şəhər Şurasının ilkin məlumatına görə, Donetsk vilayətinin Yuryevka, Nikolsky və Urzufda partlayışlar baş verib.

"Burada BK-nın anbarları (döyüş sursatları) və rusların bazaları yerləşir. Yaxınlaradək bu yaşayış məntəqələri arxa cəbhə sayılırdı, amma vəziyyət indi dəyişir" deyə məlumatda bildirilir..

Ukrayna Mariupol merinin müşaviri Pyotr Andrışenko Rusiya hərbçiləri arasında itkilərin təxmini rəqəmlərini açıqlayıb. Onun sözlərinə görə, təxminən 100 nəfər ölüb, daha 400 nəfər isə yaralanıb. Rabitə stansiyasının və REB-nin ləğvi də bildirilir.

Əziz Göynüklü