Rusiya Baxmutu yenidən itirə bilər

Rusiya Baxmutu yenidən itirə bilər

30 May 2023 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Baxmutda dalana dirəndi və tezliklə şəhəri itirə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.

Nəşr qeyd edir ki, Rusiya Baxmutun son məhəllələrinə nəzarət uğrunda mübarizə apararkən, Ukrayna qüvvələri Rusiya Federasiyasının ərazisinə girərək Moskvaya ciddi problemlər yaratdı. İndi ruslar öz ərazilərini qorumaq üçün qoşunlarını cəbhədən öz sərhədlərinə köçürməlidirlər.

"Məqsədimiz Baxmutu taktiki olaraq mühasirəyə almaqdır",- deyə Ukraynanın 3 - cü hücum briqadasının tağım komandiri bəyan edib.

Nəşr yazır ki, Baxmutun on aylıq hücumu rusların tamamilə tükənməsinə səbəb oldu və onları irəliləmək şansından məhrum etdi.

VSJ qeyd edir ki, Rusiya Baxmutda dalana dirənib və tezliklə şəhəri itirəcək.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, mayın 29-da səhər saatlarında Baxmut istiqamətində döyüşlərin intensivliyi azalıb.