Ərdoğanın andiçmə mərasimi iyunun ikisi və ya altısında keçirilə bilər

Ərdoğanın andiçmə mərasimi iyunun ikisi və ya altısında keçirilə bilər

30 May 2023 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiyası iyunun ikinci və ya altıncı günü keçirilə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatının yaydığı məlumatda deyilir.

Məlumata görə, Ərdoğan yenidən prezident seçildikdən sonra dövlətin yüksək rütbəli kadrları və yeni kabinet eyni zamanda formalaşacaq və işə başlayacaq.

Deputatlar iyunun 2-də parlamentin ümumi yığıncağında and içəcəklər və 5 gün davam edəcək parlament spikeri seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayacaq. Ərdoğanın andiçmə mərasimi ya 2 İyun Cümə günü, millət vəkilləri and içdikdən sonra, ya da 6 iyun tarixində Türkiyə Böyük Millət Məclisində keçiriləcək, bundan sonra yeni kabinetini elan edəcək.

Qeyd edək ki, Ərdoğan mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda 52,14 faiz səs toplayaraq qalib gəlib.

Əziz Mustafa