Bayden: ABŞ Ukraynaya ATACMS raketlərini verə bilər

Bayden: ABŞ Ukraynaya ATACMS raketlərini verə bilər

30 May 2023 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Ukraynaya hərbi-taktiki raket sistemləri (ATACMS) verməyi düşünür.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Delaver əyalətinə getməzdən əvvəl jurnalistlərin suallarına cavabında deyib.

Prezident Bayden qeyd edib ki, bu məsələ hələ də gündəmdədir.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kirbi mayın əvvəlində verdiyi açıqlamada ABŞ-ın hələ Ukraynaya ATACMS verməyi planlaşdırmadığını söyləmişdi.

Əziz Salam