Ermənistanda  qadınlardan ibarət  alay yaradılacaq

Ermənistanda qadınlardan ibarət alay yaradılacaq

30 May 2023 19:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda qadınlardan ibarət alay yaradılacaq.

Oxuməni.az xəbər verir ki, bu barədə Müdafiə naziri Suren Papikyanın açıqlamasında deyilir. O bildirib ki, hazırda Ermənistanda Müdafiə Nazirliyinin Təlim hərbi hissələrindən birinin tərkibində qadın hərbçilər üçün xüsusi kazarma tikilir.

Onun sözlərinə görə, əvvəlcə qadılardan ibarət batalyon, gələcəkdə isə xüsusi alay yaradılacaq: "18-27 yaş arası qadınlar hərbi xidmətə çağırıla bilər. Püşkatmadan orduya çağırılan qadınlar sonradan digər hissələrə köçürülmək imkanı olmadan hərbi hissəyə ezam olunacaqlar. Altı aylıq xidmətdən sonra qadınlar tam ehtiyatda olurlar."

Əziz Mustafa