Bıçaqlı şəxs Benediktlə ailəsini hədələyib

Bıçaqlı şəxs Benediktlə ailəsini hədələyib

4 İyun 2023 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bıçaqlı şəxs britaniyalı aktyor Benedikt Kamberbetçin evinə daxil olaraq onu və ailəsini hədələyib.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, həmin an evdə aktyorun özü, həyat yoldaşı Sofi Hanter və üç uşağı olub.

Əli silahlı şəxsin hotellərin birində aşpaz işləyən 35 yaşlı Cek Bissell olduğu bəlli olub. O, dəmir darvazanı təpikləyib, divardakı kameranı yerindən çıxarıb, bağdakı bitkiləri kökündən qoparıb və aktyorun ailəsini hədələyib.

Cek polis gələnə qədər hadisə yerindən qaçıb. Lakin polis onun qaçmazdan əvvəl yerə atdığı kamera qırıntılarında olan tüpürcəyindən analiz götürərək kimliyini müəyyən edə bilib.

Cek həbs edilib, həmçinin, cərimələnib. Ona üç il müddətinə aktyorun ailəsinə yaxınlaşmaq qadağan olunub.