Kiyev Tehrana xəbərdarlıq edir: Bir gün "Şahed" sizə də yol tapacaq

Kiyev Tehrana xəbərdarlıq edir: Bir gün "Şahed" sizə də yol tapacaq

30 May 2023 21:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Ofisi başçısının müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna dronları Tehrana da uça bilər.

Oxuməni.az xəbər verir ki, Podolyakın sözlərinə görə, Tehran Ukraynaya qarşı müharibədə Moskvanın əsas müttəfiqi olub, ona mülki şəhərlərə hücum etmək üçün qəsdən silah verib.

O irəli sürdü ki, hüquqi baxımdan Iran Kremlə birbaşa niyyətlə kömək edir və hərəkətlərinin nəticələrini dərk edir.

"Bu gün rəsmi Tehrana həyatın əsas qanunlarını, xüsusən də bumeranq qanununu xatırlatmaq istərdim. Coğrafi uzaqlıq illüziyası və ya bu gün Ukraynanın prioritetlərinin anlaşılmaması sizi narahat etməsin. Buraxıldıqdan sonra "Şahed" bir gün mütləq öz istehsalçısını tapacaq", - deyə Podolyak vurğulayıb.

Əziz Salam