Ukraynanın İrana qarşı 50 illik sanksiyaları

Ukraynanın İrana qarşı 50 illik sanksiyaları

30 May 2023 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna parlamenti Rusiyaya silah göndərməkdə ittiham etdiyi İrana qarşı 50 il müddətinə müxtəlif sahələrdə sanksiyaların tətbiqinə dair qətnaməni təsdiqləyib.

Ukrayna-Rusiya müharibəsinin davam etdiyi bir vaxtda Ukrayna parlamenti Rusiyaya müxtəlif növ silahlar, eləcə də pilotsuz uçuş aparatları verən İrana qarşı müxtəlif sahələrdə 50 il müddətinə sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

Ukrayna parlamentinin sədr müavini Yaroslav Jeleznyak sosial media hesabında İrana sanksiya qərarının yekdilliklə qəbul edildiyini açıqlayıb. Jeleznyak həmçinin Ukraynada pilotsuz uçuş aparatları istehsal edən şirkətlərə vergidən azad edilməsinə qərar verildiyini bildirib.

Murad Şahməmmədov