Türkiyə razılıq verəcəyi təqdirdə İsveç  NATO-ya üzv ola bilər

Türkiyə razılıq verəcəyi təqdirdə İsveç NATO-ya üzv ola bilər

31 May 2023 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hakimiyyəti İsveçin NATO-ya üzv olmasının yaxın həftələrdə başa çatacağını gözləyir. Oxuməni.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

«Biz bunun ola biləcəyinə şübhə etmirik və bu da olmalıdır və biz bunun olacağını gözləyirik", - deyə Blinken Isveçdə keçirilən mətbuat konfransında bildirib.

Nəşr qeyd edir ki, bazar ertəsi ABŞ prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb və Türkiyənin Isveçin NATO üzvlüyünü bloklamaqdan imtina etməsi qarşılığında Ankaraya yeni Amerika qırıcılarının satılması imkanlarını müzakirə edib.

Əziz Baş Göynüklü