Ukrayna Şebekinoya güclü zərbələr endirib: Ölən və yaralananlar var

Ukrayna Şebekinoya güclü zərbələr endirib: Ölən və yaralananlar var

31 May 2023 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Belgorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov, gecə saatlarında Ukrayna tərəfindən Şebekino şəhərinə kütləvi zərbələr endirildiyini söyləyib.

Oxuməni.az xəbər verir ki, onun sözlərinə görə, zərbələr nəticəsində dağıntılar, ölən və yaralananlar var. Mayın 31-dən etibarən hakimiyyət uşaqları Şebekino və Qrayvoron rayonlarından çıxarmağa başlayacaq.

Qubernator bildirib ki, "Qrad" mərmiləri səkkiz çoxmənzilli və dörd fərdi evdə, eləcə də məktəbdə və iki inzibati binada pəncərələri yerindən çıxarıb, fasadları və damları dağıdıb. Bir mağaza yanıb, 12 maşın zədələnib.

Əziz Salam