Türkiyə kəşfiyyatının rəhbəri vitse-prezident ola bilər

Türkiyə kəşfiyyatının rəhbəri vitse-prezident ola bilər

31 May 2023 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan ölkənin vitse-prezidenti vəzifəsini tuta bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə günü Hürriyet qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, iyunun 3-də and içdikdən sonra yenidən seçilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin yeni tərkibini elan edəcək. Nazirlər Kabineti demək olar ki, tamamilə yenilənəcək, XİN və müdafiə nazirləri Mövlud Çavuşoğlu və Hulusi Akar öz postlarını saxlaya bilərlər. Türkiyə kəşfiyyatına rəhbərlik edən Fidan nazir vəzifəsini ala bilər və ya təhlükəsizlik məsələlərinə nəzarət edən vitse-prezident vəzifəsini tuta bilər. Hürriyet qeyd edir ki, bu məsələ Ankarada uzun müddətdir müzakirə olunur.

Əziz Salam