Putin və Zelenski Türkiyəyə səfər edəcək

Putin və Zelenski Türkiyəyə səfər edəcək

31 May 2023 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Andiçmə mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Rusiya və Ukraynadan olan həmkarları Vladimir Putin və Vladimir Zelenski Ankaraya səfər etməyi planlaşdırırlar.

Oxuməni.az xəbər verir ki, bu barədə Hurriyyət-in əməkdaşı Handa Firat CNN kanalına istinadən bildirib.

Onun sözlərinə görə, inauqurasiyaya çox sayda xarici lider gələcək. Mərasimdən sonra Putin və Zelenski də Türkiyəyə səfər edəcəklər.

"Putin və Zelenskinin bir - birinin ardınca keçirəcəyi bu səfərlər zamanı müharibənin gedişi və Taxıl dəhlizi müzakirə ediləcək",- deyə Firat bildirib.