Medvedev britaniyalı siyasətçiləri təhdid edir

Medvedev britaniyalı siyasətçiləri təhdid edir

31 May 2023 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

İngilis siyasətçilərindən hər hansı biri Moskva tərəfindən hərbi hədəf kimi qəbul edilə bilər.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Moskvaya pilotsuz təyyarələrin hücumu ilə bağlı sözlərini şərh edərkən deyib.

"Britaniya XİN başçısının sözlərinə görə, Ukrayna xaricindəki qanuni hərbi obyektlər onun özünümüdafiəsinin bir hissəsidir. "Britaniyanın axmaq məmurları" yadda saxlamalıdırlar ki, əlavə protokolları ilə Haaqa və Cenevrə Konvensiyaları da daxil olmaqla hərbi əməliyyatların aparılmasını tənzimləyən ümumi qəbul edilmiş beynəlxalq hüquq çərçivəsində onların müddəaları da müharibə vəziyyətində olmaq kimi qiymətləndirilə bilər. Belə olan halda onun istənilən vəzifəli şəxsi (həm hərbi, həm də müharibəni təşviq edən mülki şəxs) qanuni hərbi hədəf kimi qəbul edilə bilər",-deyə Medvedev Tvitterdə yazıb.

Əziz Baş Göynüklü